Bütün xəbərlər
Qazaxıstan AVRO-2024-ün seçmə mərhələsində Şimali İrlandiyanı məğlub edib
Tarix: 10-09-2023 22:22 | Bölmə: Karusel

Qazaxıstan millisinin futbolçuları “Avropa-2024” çempionatının seçmə mərhələsinin VI turu çərçivəsində öz meydanında Şimali İrlandiyanı məğlub edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş Astanada baş tutub. Qalibi müəyyən etmək üçün bir qol kifayət etdi.
Qazaxıstana qələbə qazandıran qolun müəllifi görüşün 27-ci dəqiqəsində ingilislərin qolunu vuran Maksim Samorodov olub. 21 yaşlı futbolçu komandasına üç xalı turnir cədvəlinə gətirib.
İndi Qazaxıstan altı oyundan sonra 12 xala malikdir və bunun sayəsində H qrupunda turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Finlandiya ilə bərabərdir, lakin əlavə göstəricilərə görə aşağıdır.
Şimali İrlandiya üç xalla qalıb.



Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər