Bütün xəbərlər
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 1300-ə çatıb
Tarix: 09-09-2023 23:50 | Bölmə: Karusel

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 1,3 mini keçib, 1,8 mindən çox insan yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mərakeşdən 80 kilometr aralıda 6,9 bal gücündə zəlzələ baş verib və son 100 ilin ən dağıdıcı zəlzələsi olub. Ölkənin kralı VI Məhəmməd üç günlük matəm elan edib.
Küçə kameraları zəlzələ zamanı daş evlərin titrədiyini qeyd edib.
Faciədən sonra ilk saatlarda minlərlə insan yaralılar üçün qan verməyə başlayıb. Ölkənin hər yerindən ərzaq, ədyal, paltar yığılır.
YUNESKO-nun siyahısına daxil edilmiş ölkə paytaxtının tarixi mərkəzinin dağıdıldığı da bildirilir.
Şəhərətrafı kəndlərin birində zəlzələ nəticəsində demək olar ki, bütün evlər dağılıb, sakinlər dağıntılar altında qalıb.



Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər