Bütün xəbərlər
Krımda Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat vurulub
Tarix: 09-09-2023 22:55 | Bölmə: Karusel


Rusiya hava hücumundan müdafiə sistemləri Krımda Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın qarşısını alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şənbə günü respublika rəhbəri Sergey Aksenov özünün Telegram kanalında yazıb.
“Krımın şimal-qərb bölgəsində hava hücumundan müdafiə qüvvələri düşmənin PUA-sını vurub, –o bildirib: “Sizdən sakit olmağınızı və rəsmi məlumat mənbələrinə etibar etməyinizi xahiş edirəm”.
Aksenov baş verənlərin digər təfərrüatlarını açıqlamayıb.
Krım və Sevastopolda terror təhlükəsi yüksək, “sarı” səviyyədədir.
Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak daha əvvəl demişdi ki, Qərb ölkələri guya Kiyevin Krımda “rus olan hər şeyi məhv etmək” ideyasını dəstəkləyir. Siyasətçi əlavə edib ki, Rusiya ərazisinə zərbə endirən pilotsuz təyyarələrin sayı artacaq.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər