Bütün xəbərlər
Vilson Isidor rəsmi olaraq "Zenit"in oyunçusu oldu
Tarix: 09-09-2023 21:55 | Bölmə: Karusel


"Lokomotiv"in hücumçusu Vilson İsidor karyerasını "Zenit"də davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq klubunun mətbuat xidməti məlumat yayıb.
"Göy-ağ-göylər" və Moskvanın "Lokomotiv"i hücumçunun satın alma opsiyalı icarəsi ilə bağlı razılığa gəlib.
Xatırladaq ki, İsidor “Lokomotiv”ə “Monako”dan keçib. 23 yaşlı forvard "dəmiryolçular"ın heyətində 42 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər