Bütün xəbərlər
Rusiya və Özbəkistanın gənclərdən ibarət yığmaları 6 qol vurub
Tarix: 08-09-2023 22:45 | Bölmə: Karusel


Rusiyanın gənclərdən ibarət futbol komandası yoldaşlıq görüşündə Özbəkistan yığması ilə heç-heçə oynayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusların heyətində yaşı 2005-ci il təvəllüddən çox olmayan oyunçular çıxış edirdi.
Buxarada keçirilən görüş 3:3 hesabı ilə başa çatıb. Rusiya millisinin heyətində qolları Kirill Qlebov (10-cu dəqiqə), Matvey Kislyak (47-ci dəqiqə) və İlya İşkov (82-ci dəqiqə) vurub. Meydan sahiblərinin qollarına Muxamanəli Urinboev (22-ci, penaltidən), Abduqafur Xaydarov (63-cü) və Nurlan İbrahimov (65-ci) imza atıblar.
Sentyabrın 11-də rəqiblər təkrar oyuna çıxacaq. Bu, həm də Buxarada baş tutacaq.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər