Bütün xəbərlər
Polşa Aİ-dən tələb edib ki, Ukraynadan taxıl idxalına qadağa qoyulsun
Tarix: 08-09-2023 22:32 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Polşanın baş naziri Mateuş Moravetski Ukraynadan taxıl idxalı məsələsi ilə bağlı Avropa Komissiyasına (AK) ultimatum təqdim edib.
"Ukrayna ilə həmsərhəd olan digər dörd ölkə ilə söhbətdən sonra dedim ki, Avropa İttifaqının (Aİ) qərarından asılı olmayaraq, kənd təsərrüfatı bazarlarının yeni açılmasına icazə verməyəcəyik", - Moravetski qeyd edib.
"Hörmətli fermerlər! Ya AK bizim istəyimizi yerinə yetirəcək və sentyabrın 15-dən etibarən dörd növ taxılın Aİ-yə idxalına qadağa qoyacaq, ya da biz bu addımı özümüz atacağıq. Bizim üçün ən önəmlisi Buna görə də, ya AK gələn çərşənbə günü idxalı qadağan etmək qərarına gələcək, ya da biz özümüz Polşaya idxala qadağanın müddətini uzadacağıq”, - Moravetski izah edib.
Eyni zamanda, Varşava Ukrayna taxılının Polşadan tranzitinə etiraz etmir.
Ukrayna prezidenti Vladimir Zelenski etiraf edib ki, qadağa sentyabrın 15-dən sonra da davam edərsə, Kiyev beynəlxalq arbitraja müraciət edə bilər.
Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişafı naziri Robert Telus bildirib ki, Polşa, Bolqarıstan, Slovakiya, Macarıstan və Rumıniya Ukraynadan taxıl idxalına qoyulan qadağanın ilin sonuna qədər uzadılması tələbi ilə AK-yə müraciət edəcəklər. Kiyev Aİ rəhbərliyini “balanslaşdırılmış həll” tapmağa çağırıb.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər