Bütün xəbərlər
Bryansk kəndinə kütləvi raket zərbəsi endirilib
Tarix: 07-09-2023 22:50 | Bölmə: Karusel


Ukrayna millətçiləri sentyabrın 7-də axşam saatlarında Bryansk vilayətinin sərhəd kəndinə 30-dan çox raket atıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomazın sözlərinə görə, cümə axşamı axşam saatlarında bölgənin daha bir kəndi Ukraynadan kütləvi hücuma məruz qalıb.
Ukrayna Silahlı Qüvvələri Poqarski rayonunun Sluçevsk kəndini “Qrad” reaktiv yaylım atəşi sistemlərindən 30 raketlə atəşə tutub. Sursatın vurulması nəticəsində yardımçı tikililəri olan yaşayış binası tamamilə dağılıb. Kənddə elektrik enerjisinin verilişi qismən kəsilib.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Artıq hadisə yerinə təcili xidmətlər gəlib. Hücumun nəticələri aydınlaşdırılır. Rayon rəhbəri bildirib ki, zərərçəkənlərə hər cür maddi yardım göstəriləcək.
Daha əvvəl bildirilib ki, cümə axşamı axşam Starodub bələdiyyə rayonunun Demyanki kəndi Ukrayna artilleriyasının atəşinə tutulub.



Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər