Bütün xəbərlər
Rusiya və Misir qalibi açıqlamadı
Tarix: 07-09-2023 22:41 | Bölmə: Karusel


Misirdə yerli olimpiya komandası ilə Rusiya yığması arasında futbol üzrə yoldaşlıq görüşü başa çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rəqiblər 1:1 hesabı ilə bərabərə qalıblar.
Meydan sahibləri yeddinci dəqiqədə Nasser Maherin hesabına önə keçib. Fasiləyə qədər ruslar qalib gələ bilməyib.
İkinci hissədə qonaqlar misirli qapıçı Mohamed El-Sayed-i yarıb keçə bilib. 46-cı dəqiqədə Stepan Oqanesyan hesabı bərabərləşdirib.
Rusiya yığmasını qarşıda daha iki yoldaşlıq oyunu gözləyir. Sentyabrın 11-də ruslar yenidən Misirin olimpiya yığması ilə qarşılaşacaq. Ertəsi gün Karpinin komandası Qətər millisi ilə mübarizə aparacaq.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər