22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rumıniya sərhəddə qalıqları tapılan pilotsuz təyyarənin mənşəyini araşdırır
Tarix: 06-09-2023 23:59 | Bölmə: Karusel


Rumıniya prezidenti Klaus İohannis NATO müttəfiqlərini Ukrayna sərhədi yaxınlığında tapılan pilotsuz təyyarənin qalıqları barədə məlumatlandırıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, hadisənin tez bir zamanda araşdırılmasını tapşırıb.
“NATO-dakı səfirimizə- ilk növbədə baş katibi (Alyansın – red.), ikincisi, müttəfiqləri məlumatlandırmaq tapşırılıb”, - İohannis bildirib.
Rumıniya lideri istintaq zamanı əldə olunacaq məlumatlar barədə də məlumat verəcəyini vəd edib.
Bundan əvvəl İohannis dronun Rumıniya ərazisinə necə daxil olduğunu və haradan gəldiyini təcili öyrənməyi tələb edib.
Rumıniya Müdafiə Nazirliyi Tulcea qraflığında tapılan dağıntıların "pilotsuz təyyarənin parçaları ola biləcəyini" bildirib. Eyni zamanda departamentin rəsmi nümayəndəsi Konstantin Spinu vurğulayıb ki, bu dağıntıların görünməsi ilə sərhəd yaxınlığındakı Ukrayna hədəflərinə hücumlar arasında əlaqə yaratmaq mümkün deyil.
Sentyabrın 4-də Rumıniya hakimiyyəti Rusiya PUA-larının ölkə ərazisinə düşməsi ilə bağlı məlumatı şərh edib. Bu barədə Ukrayna tərəfindən mesajlar yayılsa da, Rumıniyada təkzib edilib.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər