22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Yüzdən çox rusiyalı idmançı vətəndaşlığını dəyişib
Tarix: 06-09-2023 23:50 | Bölmə: Karusel

Rusiya Federasiyasının idman nazirinin müavini Aleksey Morozov idman vətəndaşlığının dəyişdirilməsi ilə bağlı vəziyyətdən danışıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rəsmi etiraf edib ki, 100-dən çox rusiyalı idmançı digər ölkələr üçün yarışmağa başlayıb.
“Bizim 55 idmançımız Olimpiya idman növləri üzrə vətəndaşlığını dəyişir, qeyri-olimpiya idman növləri ilə birlikdə – yüzdən çox... Biz idman vətəndaşlığının dəyişdirilməsi hallarının sayını minimuma endirmək istəyirik, indi belə bir tendensiya var”, - RİA Novosti Morozovdan sitat gətirir.
2022-ci ilin əvvəlindən Rusiya yığması səviyyəsində 67 idmançının idman vətəndaşlığını dəyişdiyi bildirilirdi.
Yada salaq ki, 2022-ci ilin fevralında Beynəlxalq Olimpiya Komitəsi idman federasiyalarına Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarını yarışlara buraxmamağı tövsiyə etmişdi.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər