22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Peruda narkotik dəstəsinin üzvləri patrulu güllələyib
Tarix: 04-09-2023 23:55 | Bölmə: Karusel


Perunun cənubunda hərbçilər və polis karvanı narkotik dəstəsinin üzvləri tərəfindən hücuma məruz qalıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ən azı 7 əsgər və hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olub və yaralanıb.
Narkotik kartellərinə qarşı əməliyyat keçirən terrorçu qruplaşma üzvlərinin hərbi və polisin birləşmiş qüvvələrinə hücumu Perunun yoxsul cənub bölgəsində, “narkotik vadisi” adlandırılan Ayakuçoda baş verib. Cinayətkarlar ərazidə koka yetişdirməklə məşğuldurlar.
"İnforegion.pe" resursunun məlumatına görə, atəş nəticəsində hüquq-mühafizə qüvvələrinin azı dörd nümayəndəsi həlak olub, daha üç nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Cavab atəşi ilə iki terrorçu öldürülüb.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər