22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ukraynalı diversantlar Bryansk vilayətinə soxulmağa cəhd ediblər
Tarix: 04-09-2023 23:15 | Bölmə: Karusel


Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Ukraynadan Rusiya ərazisinə soxulmağa çalışan təxribat-kəşfiyyat qrupu ilə Rusiya təhlükəsizlik qüvvələri ilə hərbçilər arasında toqquşma olduğunu açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Aleksandr Boqomazın sözlərinə görə, sentyabrın 4-də Rusiya FTX-nin Bryansk vilayəti üzrə Sərhəd İdarəsinin əməkdaşları və Müdafiə Nazirliyinin əməkdaşları vilayətin Sevski rayonu sərhədində diversantların yarmaq cəhdinin qarşısını alıblar.
Rayon rəhbəri özünün Telegram kanalında diversantların döyüş meydanında tərk etdikləri silah və sursatları əks etdirən kadrlar yerləşdirib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər