22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kolomoyski 13 milyon dollar girov ödəməyəcək
Tarix: 02-09-2023 23:54 | Bölmə: Karusel


Məhkəmə tərəfindən 2 ay müddətinə həbs edilən ukraynalı iş adamı İqor Kolomoyski 13 milyon dollardan çox girov qoymayacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məhkəmə tərəfindən 2 ay müddətinə həbs edilən ukraynalı iş adamı İqor Kolomoyski 13 milyon dollardan çox girov qoymayacaq. Onun vəkili bildirib ki, müdafiə tərəfi apellyasiya şikayəti hazırlayır, məhkəmənin qərarının tam mətnini gözləyirlər.
2022-ci ilin payızında Ukrayna Milli Antikorrupsiya Bürosu Kolomoyski yaxınlığında axtarışlar apararaq, "Ukrnafta" şirkətinin əmlakının mənimsənilməsi iddiası ilə bağlı işi araşdırıb. Ukrayna hüquq-mühafizə orqanları Kolomoyskini dələduzluq və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham edib. İstintaqın məlumatına görə, o, xaricə 13 milyon dollara yaxın pul gətirib.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər