22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Belqorod qubernatoru iki pilotsuz təyyarənin vurulduğunu bildirib
Tarix: 01-09-2023 23:48 | Bölmə: Karusel


Belqorod vilayətinin başçısı Vyaçeslav Qladkov sentyabrın 1-i axşam öz Teleqram kanalında Kiyev rejiminin bölgədəki obyektlərə növbəti hücum cəhdinin qarşısının alınması barədə yazıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vyaçeslav Qladkovun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri cümə günü axşam saatlarında Belqorod vilayətinin Koroçanski rayonunda və Yakovlevski şəhər rayonunda iki hava hədəfini vurub.
Əməliyyat xidmətlərinin əməkdaşları yerlərdə fəsadlar barədə məlumatları dəqiqləşdirir. İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.
Bundan əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi region ərazisi üzərində təyyarə tipli pilotsuz təyyarənin məhv edilməsi barədə məlumat vermişdi.



Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər