22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ruslar Misirin Olimpiya komandası ilə oynayacaqlar
Tarix: 01-09-2023 22:38 | Bölmə: Karusel

Futbol üzrə Rusiya yığması Misirin Olimpiya yığması ilə səfərdə iki yoldaşlıq oyunu keçirəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
"Rusiya millisinin oyunçularının yaşı rəqibin yaşına uyğun olacaq", - RFU-nun açıqlamasında deyilir.
Sentyabrın 7 və 11-də Süveyş şəhərində yoldaşlıq oyunları keçiriləcək. Hər iki oyun Moskva vaxtı ilə saat 19:00-da başlayacaq.
Daha əvvəl Rusiya yığmasının baş məşqçisi Valeri Karpin təlim-məşq toplanışında iştirak edəcək yığmanın tərkibini açıqlamışdı. Buraya 49 oyunçu daxil idi.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər