22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
BOK rus və belarusluların Asiya Oyunlarında iştirakını qadağan edib
Tarix: 01-09-2023 22:16 | Bölmə: Karusel

Rusiya və Belarus idmançıları Asiya Oyunlarında mübarizə aparmayacaqlar. Bu qərarı Beynəlxalq Olimpiya Komitəsi qəbul edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, BOK-un qadağası "The Indian Express"-ə məlum oldu. "Rusiya və ya Belarus idmançıları yoxdur. Bu, OCA deyil, BOK-un qərarıdır", - nəşr Asiya Olimpiya Şurasının nümayəndəsindən sitat gətirir.
Bundan əvvəl OCA Rusiya və Belarus nümayəndələrini Asiya Oyunlarında iştiraka dəvət etmişdi. Yarış sentyabrın 23-dən oktyabrın 8-dək Çinin Hançjou şəhərində keçiriləcək.
Daha sonra Rusiya Olimpiya Komitəsinin rəhbəri Stanislav Pozdnyakov rusların Asiya Oyunlarında iştirak üçün rəsmi dəvət almadıqlarını bildirib.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər