22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ağır atlet Kaşirina 8 il müddətinə idmandan uzaqlaşdırılıb
Tarix: 31-08-2023 23:52 | Bölmə: Karusel

2012-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı Tatyana Kaşirina antidopinq qaydalarını pozmaqda təqsirli bilinib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı ağır atlet 8 il müddətinə diskvalifikasiya edilib.
Rusiya Antidopinq Agentliyinin rəsmi saytının məlumatına görə, İdman Arbitraj Məhkəməsi 32 yaşlı Kaşirinanı 2030-cu il yanvarın 9-dək yarışlardan kənarlaşdırıb.
Ağır atletika üzrə beşqat dünya çempionu 2020-ci ilin noyabrında qanunsuz narkotik istifadə etməkdə təqsirli bilinib. O vaxtdan bəri o, turnirlərdə iştirak etməyib.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər