22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Gimnast sirkdə çıxış edərkən hündürlükdən yıxılıb
Tarix: 31-08-2023 23:25 | Bölmə: Karusel

Altay diyarının prokurorluğunun məlumatına görə, hava gimnastı Barnaulda çıxışı zamanı təxminən beş metr hündürlükdən yıxılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 12-dən şəhərdə çıxış edən “Krokus” sirkinin gündüz tamaşası zamanı baş verib. Tamaşaçı tərəfindən aparılan səsyazmada 23 yaşlı gimnastın barmaqlıqda fənd yerinə yetirərkən yıxıldığı görünür. Qız beli üstə xalçaya yıxılıb və huşunu itirib.
Tamaşa kəsilib, zərərçəkən özünə gətirilib və xəstəxanaya aparılıb. İlkin məlumata görə, onun qolu sınıb.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər