22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Krım üzərində qanadlı raket vuruldu
Tarix: 30-08-2023 23:22 | Bölmə: Karusel


Avqustun 29-u axşam saatlarında Krımın rəhbəri Sergey Aksyonov yarımadanın ərazisi üzərində qanadlı raketin məhv edildiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sergey Aksyonovun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Krımın şərq hissəsi üzərində qanadlı raketi vurub. İlkin məlumata görə, ot tarlasına qırıqların düşməsi nəticəsində yanğın baş verib. Bundan başqa, elektrik xətti də zədələnib. Krım rəhbərinin müşaviri Oleq Kryuçkov bildirib ki, qəza bir saat ərzində aradan qaldırılacaq.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Krımlılardan hava hücumundan müdafiə işləri, geo-istinad edilən mövqelər və ərazilərin görüntülərini yerləşdirməmək, eləcə də sakit qalmaq və yalnız rəsmi məlumat mənbələrinə etibar etmək xahiş olunur.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər