22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kareliyada "Əl-Cəzirə" jurnalistinə hücum edən şəxs həbs edilib
Tarix: 29-08-2023 22:46 | Bölmə: Karusel

Polis Sankt-Peterburqda "Əl-Cəzirə" telekanalının jurnalisti Rania Dridiyə hücumda şübhəli bilinən şəxsi saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, şəxs Petrozavodskda tapılıb.
Hadisə avqustun 24-də Nevski rayonu Zolnaya küçəsində PMC Vaqner Mərkəzinin yaxınlığında canlı yayım zamanı baş verib. Çəkiliş qrupuna yaxınlaşan naməlum şəxs avadanlığı zədələməyə çalışıb, daha sonra Dridinin başından vuraraq qaçıb.
Qadın İsgəndər Xəstəxanasına yerləşdirilib, ona beyin silkələnməsi və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Bir sıra KİV-in məlumatına görə, saxlanılan şəxsin cinayət keçmişi var və Kareliyadakı şirkətlərdən birinin rəhbəridir.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər