22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Real Madridin ulduzu Vinisius zədə səbəbindən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq
Tarix: 29-08-2023 08:31 | Bölmə: Karusel


"Real Madrid"in yarımmüdafiəçisi Vinisius Junior 6 həftə klubda oynaya bilməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, oyunçu zədə səbəbindən sıradan çıxıb.
"Marca"nın məlumatına görə, braziliyalı futbolçu oktyabrın əvvəlində oyunlara qayıda biləcək. Komandanın tibbi heyətinin proqnozlaşdırdığı kimi, Vinisius IX turun “Osasuna”ya qarşı oyununda bərpa oluna bilər. Bu oktyabrın 8-nə planlaşdırılıb.
Xatırladaq ki, braziliyalı 3-cü turun "Selta" ilə oyununda zədələnmişdi. Sonra o, ilk hissədə, 18-ci dəqiqədə meydanı tərk etdi. Oyun avqustun 25-də Viqodakı “Balaidos” stadionunda baş tutub və madridlilərin qələbəsi (1:0) ilə başa çatıb.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər