Bütün xəbərlər
İspaniyalı futbolçular Rubialesin istefası öncəsi boykot ediblər
Tarix: 25-08-2023 22:58 | Bölmə: Karusel


Futbol üzrə yenicə dünya çempionu olmuş İspaniya millisinin futbolçuları boykot elan ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İspaniya Kral Futbol Assosiasiyasının prezidenti Luis Rubiales istefaya göndərilənə qədər onlar milli komandada oynamayacaqlar.
Bu barədə Peşəkar Futbolçular Assosiasiyasının X sosial şəbəkəsində (keçmiş Tvitter) hesabında məlumat verilib.
Xatırladaq ki, Rubiales mükafatlandırma mərasimi zamanı ispaniyalı futbolçu Cennifer Hermosonu dodaqlarından öpərək qalmaqalın mərkəzində olmuşdu. Onun barəsində intizam işi açılıb.
Üstəlik, cümə günü Madriddəki dövlət prokurorluğu Rubialesə qarşı cinsi zorakılıqda şübhəli bilinərək iş açıb. Qeyd olunur ki, bu, Hermoson ərizə verdikdən sonra baş verib.





Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər