Bütün xəbərlər
Hava bombası şəhərdən kənarda zərərsizləşdirilib
Tarix: 24-08-2023 23:57 | Bölmə: Karusel

Cümə axşamı Kalininqrad vilayətinin Baltiysk şəhərində tikilməkdə olan obyektin inşaatçıları yerdə partlamamış hava bombası aşkar ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şəhər rəhbərliyindən verilən məlumata görə, Böyük Vətən Müharibəsindən qalma FAB-100 mərmisi Qoqol küçəsində, yaşayış sahəsinə yaxın ərazidə aşkar edilib.
Bomba təmizlənərkən yaxınlıqdakı beş yaşayış binasının və bir neçə şəxsi binanın qazı və işığı kəsilib. Sakinlər təxliyə edilib. Bundan əlavə, yaxınlıqda yerləşən orta məktəb müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin Nevski Xilasetmə Mərkəzinin mütəxəssisləri təhlükəli tapıntı əldə edərək onu zərərsizləşdirilməsi üçün Baltik Donanmasının təlim poliqonlarından birinə aparıblar”. – şəhər rəhbərliyinin müraciətində deyilir.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər