Bütün xəbərlər
"Real Sosyedad" Zaxaryanı "Las Palmas"la oyun ərizəsinə daxil edib
Tarix: 24-08-2023 23:56 | Bölmə: Karusel



Rusiyalı yarımmüdafiəçi Arsen Zaxaryan La Liqanın 3-cü turunda "Real Sosyedad"da debüt edə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İspaniya klubu rusiyalını komandanın “Las Palmas”la oyun ərizəsinə daxil edib.
Futbol üzrə İspaniya çempionatının görüşü avqustun 25-də baş tutacaq. Moskva vaxtı ilə saat 20:30-da başlayacaq.
"Real Sosyedad" avqustun 19-da Moskva "Dinamo"sunun keçmiş futbolçusunun transferini elan edib. Zaxaryan San Sebastyan komandası ilə 2028/29 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Daha əvvəl məlum olmuşdu ki, Valeri Karpin oyunçunu Rusiya millisinin sentyabrdakı təlim-məşq toplanışı üçün genişləndirilmiş heyətinə daxil etməyib.



Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər