Bütün xəbərlər
Boksçu Nikita Tszyu Cek Brubaker üzərində erkən qələbə qazanıb
Tarix: 23-08-2023 23:08 | Bölmə: Karusel


Avstraliyalı boksçu Nikita Tszyu həmyerlisi Cek Brubakerlə dueldə inamlı qələbə qazanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əfsanəvi Konstantin Tszyunun oğlu döyüşü texniki nokautla başa vurub.
Rəqiblər rinqdə altı raund keçirdilər. Bunlardan sonuncusunda Brubakerin komandası ağ dəsmal ataraq mübarizəni vaxtından əvvəl başa vurub.
Peşəkar karyerasında Nikita yeddi döyüş keçirib. Hamısı Tszyu Jr-ın xeyrinə başa çatıb.



Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər