Bütün xəbərlər
Serb Babiç Moskva "Spartak"ının oyunçusu oldu
Tarix: 21-08-2023 23:59 | Bölmə: Karusel

Serbiyalı müdafiəçi Srjan Babiç İspaniyanın "Almeriya" klubundan Moskva "Spartak"ına keçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
“Qırmızı-ağlar” 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb.
Babiç 2021-ci ildən "Almeria"da çıxış edir. İspanların heyətində o, 75 oyun keçirib, 4 qol vurub. Serbiya millisinin heyətində müdafiəçi dörd oyun keçirib, qol vurmayıb.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər