Bütün xəbərlər
Anbarda baş verən böyük yanğın söndürülüb
Tarix: 21-08-2023 23:20 | Bölmə: Karusel

Moskva yaxınlığındakı Noqinskdə anbarda baş vermiş güclü yanğını Moskva vilayəti üzrə Fövqəladə Hallar Nazirliyi söndürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva yaxınlığındakı yanğınsöndürənlərə şəhərin Boqorodski rayonunda boya və lak məhsulları olan anbarda baş verən yanğını tam söndürmək üçün 12 saatdan çox vaxt lazım olub.
Noginsk şəhərinin İlyicha küçəsində yerləşən anbarda yanğın bazar ertəsi saat 08:45 radələrində başlayıb. Söndürmə işlərinə Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası da daxil olmaqla 128 nəfər və 38 texnika cəlb olunub. İki "Ka-32" helikopteri 345 ton su ilə 69 damcı vurub.
Saat 13:40 radələrində alovun yayılmasının qarşısı alınıb. Yanğın 4300 kvadratmetr sahədə lokallaşdırılıb. Saat 21:30-da Rusiya Fövqəladə Hallar Komitəsi yanğının nəticələrinin tam aradan qaldırıldığını elan edib. Hadisənin səbəbləri və şəraiti araşdırılır. Zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər