Bütün xəbərlər
Moskva hava limanlarında 60-dan çox reys təxirə salınıb
Tarix: 21-08-2023 22:53 | Bölmə: Karusel

Bazar ertəsi, Moskva vaxtı ilə saat 17:38-ə olan məlumata görə, paytaxt hava limanlarında 63 reys təxirə salınıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bunu onlayn tablonun məlumatları sübut edir.
Şeremetyevoya 45 reys təyin olunmuş vaxtdan gec, Domodedovo və Vnukovoya 7 reys yerinə yetiriləcək. Jukovskidə 3 reysin uçuşu təxirə salınıb, biri ləğv edilib.
Bazar ertəsi səhər tezdən Domodedovo və Vnukovoda təyyarələrin gəlişi və gedişinə məhdudiyyətlər qoyulub. Bu, dron hücumları təhlükəsi ilə bağlı xəbərlərdən sonra əlavə təhlükəsizlik tədbirlərinin təmin edilməsi çərçivəsində edilib. 50-yə yaxın təyyarə başqa hava limanlarına yönləndirilib.
Avqustun 21-də Moskva vilayətində iki PUA-nın hücumu dəf edilib. Bir pilotsuz uçan aparat Odintsovo vilayətində elektron döyüş vasitəsi ilə məhv edilib, ikincisi isə İstra rayonu ərazisində vurulub.
Daha sonra Federal Hava Nəqliyyatı Agentliyi Moskvanın hava məkanında bütün məhdudiyyətləri aradan qaldırıb. Hava limanları normal fəaliyyətini bərpa edib.



Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər