Bütün xəbərlər
Qoryaçkina şahmat üzrə Dünya Kubokunu qazanmasından danışıb
Tarix: 21-08-2023 22:41 | Bölmə: Karusel

Rusiya şahmatçısı Aleksandra Qoryaçkina Bakıda keçirilən Dünya Kubokunun qalibi olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı rusiyalı qadın turnirdəki qələbəni şərh edib.
"Finalda özümü səhhətimlə bağlı yaxşı hiss etmədim, ona görə də indi xüsusi emosiyalar yoxdur. Sadəcə, turnirin başa çatmasına şadam", - TASS Qoryaçkinadan sitat gətirir.
Xatırladaq ki, avqustun 21-də Qoryaçkina finalda bolqarıstanlı Nurgyul Səlimovanı tay-brekdə məğlub etmişdi. İki klassik şahmat oyunu heç-heçə başa çatıb.
Qadınlar arasında dünya çempionatının ümumi mükafat fondu 676 min dollardan çox olub. Turnirdə rusiyalı idmançılar neytral statusda çıxış ediblər.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər