Bütün xəbərlər
İspaniyalı futbolçular Dünya Kubokunun qalibi oldular
Tarix: 20-08-2023 23:59 | Bölmə: Karusel


Avstraliyanın Sidney şəhərində qadınlar arasında dünya çempionatı başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İspaniya yığması qalib gəlib.
Dünya çempionatının finalında İspaniya və İngiltərə milliləri qarşılaşıb. İspanlar 1:0 hesabı ilə qalib gəliblər.
Yeganə qolu 29-cu dəqiqədə ispaniyalı hücumçu Olqa Karmona vurub. 70-ci dəqiqədə İspaniya millisi uğurunu davam etdirə bilsə də, Cennifer Hermoso penaltini qola çevirə bilməyib.
İspaniya millisi 1:0 hesabı ilə qalib gələrək tarixdə ilk dəfə dünya çempionu olub. Əvvəllər ispaniyalı futbolçuların ən yüksək uğuru 1/8 finala yüksəlmək olub. Onların ingilis rəqibləri də ilk dəfə dünya çempionatının finalına yüksəlib.



Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər