Bütün xəbərlər
Tenerifedəki yanğınların səbəbi qəsdən ola bilər
Tarix: 20-08-2023 23:48 | Bölmə: Karusel


Kanar adalarında, Tenerifedə genişmiqyaslı meşə yanğınlarına səbəb ola biləcək mümkün qəsdən yandırma ilə bağlı araşdırmaya başlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kanar adaları hökumətinin sədri Fernando Klavixonun sözlərinə görə, meşənin qəsdən yandırıla biləcəyi barədə məlumat polis tərəfindən təsdiqlənib.
Eyni zamanda o qeyd edib ki, indi Tenerifedə vəziyyət bir qədər yaxşılaşıb.
Son məlumatlara görə, Kanar arxipelaqının ən böyük adasındakı meşə yanğınları demək olar ki, 8,4 min hektar ərazini əhatə edib. RİA Novosti yazır ki, bundan əvvəl hakimiyyət yanğının son 40 ilin ən ciddi hadisələrindən biri olduğunu etiraf edib.
Xilasedicilər hələ də vəziyyəti nəzarət altına ala bilməyiblər. 26 min yerli sakin təxliyə edilib. Alov Kanar adalarının iki paytaxtından birinə - Santa Kruz şəhərinə yaxınlaşıb. Yanğın qonşu adalara - Santa Ursula və La Viktoriyaya da keçib. Tenerifenin özündə təbiət qoruğu yanıb, ona gedən bütün yollar bağlanıb.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər