Bütün xəbərlər
Zaxaryan "Real Sosyedad"la rəsmi müqavilə bağlayıb
Tarix: 19-08-2023 23:07 | Bölmə: Karusel

Rusiya millisinin futbolçusu Arsen Zaxaryan rəsmən İspaniyanın "Real Sosyedad" klubuna yeni gələn kimi təqdim olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, klub Rusiyadan olan futbolçu ilə müqavilə imzalayıb.
Bu barədə San Sebastyanlıların mətbuat xidməti məlumat yayıb. "Sosyedad" rəsmi saytında xəbər verildiyi kimi, müqavilə uzunmüddətlidir və 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
"Xoş gəlmisiniz, Arsen Zaxaryan!" - klub yeni futbolçusunu X sosial şəbəkəsində rus dilində salamlayıb.
Xatırladaq ki, Zaxaryanın əvvəlki klubu Moskva “Dinamo”su olub. Daha əvvəl mətbuatda “ağ-göylər”ə 12 milyon avro ödənəcəyi bildirilirdi.



Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər