Bütün xəbərlər
Kokorin mövsümün açılış oyununda "Fiorentina"nın heyətinə daxil edilib
Tarix: 18-08-2023 23:48 | Bölmə: Karusel


“Fiorentina”nın rusiyalı futbolçusu Aleksandr Kokorin İtaliya çempionatının ilk turunun “Djenoa” ilə oyununda iştirak edə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vinçenzo İtalyanonun başçılıq etdiyi komandanın məşqçilər korpusu oyun üçün ərizəni müəyyənləşdirib.
"Bənövşə"lərin mətbuat xidməti Genuyadan yola düşəcək 26 futbolçunun siyahısını açıqlayıb. Onların arasında ötən mövsüm ərzində yoldaşlıq görüşlərində üç qolun müəllifi olmuş Kokorin də var idi.
Xatırladaq ki, rusiyalı ötən mövsümün sonunda icarə əsasında çıxış etdiyi Kipr "Aris"indən komandaya qayıdıb. Limassollu komanda ilə birlikdə ölkə çempionu olub.





Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər