Bütün xəbərlər
Amerika PUA-sı Soçi yaxınlığında aşkarlanıb
Tarix: 18-08-2023 22:21 | Bölmə: Karusel

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RQ-4B "Global Hawk" strateji kəşfiyyat pilotsuz uçuş aparatı Soçi yaxınlığında Qara dəniz üzərində görüntülənib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunlar Flightradar xidmətinin məlumatlarıdır.
İHA NATO-nun Siqonella dəniz bazasından havaya qalxıb. Siciliya adasında yerləşir.
Sonuncu dəfə "Global Hawk" martın 21-də Krım yarımadası ərazisində qeydə alınıb.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər