Bütün xəbərlər
Zaporojyedə hava hücumu zamanı partlayışlar baş verib
Tarix: 18-08-2023 22:16 | Bölmə: Karusel


Avqustun 18-də axşam saatlarında Kiyevin nəzarətində olan Zaporojye şəhərində ən azı iki güclü partlayış baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna mətbuatına istinadən TASS agentliyi cümə günü axşam saatlarında Zaporojyedə baş verən partlayışlar barədə məlumat yayıb. Daha sonra bu məlumatı “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov da təsdiqləyib. Roqovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan şəhərdə iki partlayış baş verib.
Həmin an Ukraynanın nəzarətində olan Zaporojye vilayətinin ərazisində hava xəbərdarlığı rejimi qüvvədə olub. Bundan əlavə, Ukrayna resursları Xersonda partlayışlar barədə məlumat verib. Ukraynada hərbi hədəflərə və infrastruktura mümkün zərbələrin nəticələri ilə bağlı məlumatlar araşdırılır.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər