Bütün xəbərlər
Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz uçan aparat vurulub
Tarix: 17-08-2023 23:59 | Bölmə: Karusel

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov cümə axşamı axşam öz Telegram kanalında Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın regionun hava məkanına daxil olmaq cəhdi barədə məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Belqorod vilayətinin başçısının sözlərinə görə, avqustun 17-də axşam saatlarında Şebekinski şəhər dairəsində Rusiyanın hava hücumundan müdafiə sistemi işə düşüb. Ukraynadan buraxılan pilotsuz təyyarə Nikolskoye kəndi üzərində vurulub.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Zabitlər yerdə hücumun nəticələrini araşdırır.



Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər