Bütün xəbərlər
İdmançılar Soçi hovuzunu ziyarət etdikdən sonra təcili yardım çağırıblar
Tarix: 17-08-2023 23:59 | Bölmə: Karusel

Moskvadan olan azı on gənc idmançı Soçi sanatoriyasında sauna və hovuza baş çəkdikdən sonra xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Soçinin Lazarevski rayonunda baş verən insident barədə cümə axşamı "İnterfaks" agentliyi Rospotrebnadzorun məlumatına istinadən məlumat yayıb. İlkin məlumatlara görə, Soçinin “Avrora” sanatoriyasına paytaxtdan bir qrup idmançı – 14 uşaq və onu müşayiət edən yeddi məşqçi gəlib.
Sauna və hovuzu ziyarət etdikdən sonra onların hamısı öskürməyə başladılar, özlərini zəif və pis hiss etdilər. Hadisədən sonra sanatoriyaya çağırış üzrə 3 təcili yardım briqadası gəlib. Həkimlər zərərçəkənləri müayinə edərək on nəfəri xəstəxanaya aparıblar.
Rospotrebnadzorun əməkdaşları iki hovuzdan su nümunələri götürüblər. Hadisə ilə bağlı məlumat Krasnodar diyarının prokurorluğuna çatdırılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.



Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər