Bütün xəbərlər
"Lokomotiv" İsidorsuz qala bilər
Tarix: 17-08-2023 23:59 | Bölmə: Karusel

Moskvanın "Lokomotiv" futbol klubu fransalı hücumçu Vilson İsidorsuz qala bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Liqa 1 klubu "Marsel" ona iddia edir.
Bu barədə "Çempionat.com" portalı məlumat yayıb. Mənbəyə görə, İşidor "Marsel"ə 7 milyon avroya başa gələcək. Lakin transferlə bağlı yekun qərar yaxın vaxtlarda veriləcək.
Xatırladaq ki, İşidor 2022-ci ilin yanvarından “Lokomotiv”də çıxış edir. O vaxtdan bəri 42 matçda meydana çıxıb, 19 qol vurub, 2 məhsuldar ötürmə edib. Onunla müqavilə 2026-cı ilin yayına kimi hesablanıb.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər