Bütün xəbərlər
Təlim təyyarəsi Kuban aerodromunun yaxınlığında qəzaya uğrayıb
Tarix: 14-08-2023 23:59 | Bölmə: Karusel


Müdafiə Nazirliyi avqustun 14-də Krasnodar diyarında hava insidentinin baş verdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar ertəsi Kubanda təlim-tədris aviasiya alayının "L-39" təyyarəsi ilə baş verən faciəvi insident barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
İlkin məlumatlara görə, təyyarə təlim uçuşu zamanı eniş zamanı aerodrom daxilində qəzaya uğrayıb. Ekipaj üzvlərindən biri ölüb. Yerdə tələfat və dağıntılar barədə məlumat yoxdur. Hadisənin səbəbləri araşdırılır.





Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər