Bütün xəbərlər
Dağıstanın paytaxtında avtomobil servisi partladı, ölənlər var
Tarix: 14-08-2023 23:39 | Bölmə: Karusel

Avqustun 14-ü axşam saatlarında Mahaçqalada avtoservislərin birində güclü partlayış baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, 3 nəfər ölüb.
RİA Novosti agentliyinin Mahaçqala meriyasına istinadla verdiyi məlumata görə, bazar ertəsi "Qlobus" ticarət mərkəzinin yaxınlığındakı avtoservis binasında partlayış olub. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Hadisə yerinə şəhər rəsmiləri və fövqəladə hallar xidmətinin əməkdaşları gəlib.
Sosial şəbəkələrdə böyük yanğının görüntüləri yayılıb və partlayışdan sonra yanğının avtomobil təmiri sexlərinin yanında yerləşən yanacaqdoldurma məntəqəsinə keçdiyi bildirilir. Bu məlumat, eləcə də zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər