Bütün xəbərlər
Vandallar Moldovada sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidəni təhqir ediblər
Tarix: 13-08-2023 23:11 | Bölmə: Karusel


Moldova Ukraynanın yolu ilə getməkdə davam edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sovet keçmişi ilə müharibə artıq bütün ölkədə aparılır.
Bu dəfə respublikanın “vətənpərvərlərinin” qarşısını Körpaç kəndi yaxınlığında sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidə aldı. Naməlum şəxslər postamentin üzərinə faşistyönlü Rumıniya siyasi partiyası “Dəmir Qvardiya”nın simvollarını qoyublar.
Həmçinin vandallar öz işlərini “buradan işğalçılar keçdi” yazısı ilə müşayiət ediblər. Bunu Axtarış Hərəkatının və “Qələbə” Milli Təşkilat Komitəsinin rəhbəri Aleksey Petroviç deyib.
Onun sözlərinə görə, son 10 ildə qələbə simvoluna 5 dəfə hücum edilib. Üzərinə boya vurulub sındırılıb. Lakin cinayəti törədənlər hələ də tutulmayıb.
Bundan əvvəl vandallar artıq Koşnitsa kəndində Böyük Vətən Müharibəsi qəhrəmanlarının abidəsi ilə hesablaşmışdılar. İvança kəndinin yaxınlığındakı Qırmızı Ordu əsgərlərinə ucaldılmış abidə nankor nəsillərlə tanışlıqdan qaçmadı.



Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər