Bütün xəbərlər
“Zenit” “Fakel”in qapısından iki cavabsız top keçirib
Tarix: 13-08-2023 22:50 | Bölmə: Karusel

Rusiya Premyer Liqasının dördüncü turu çərçivəsində Sankt-Peterburqun “Zenit” komandası doğma meydanda Voronej “Fakel”inə qalib gəlib – 2:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hesabı 16-cı dəqiqədə Mateo Kasyerranın kömək etdiyi hücumçu İvan Sergeev açıb. Oyunun sonunu 90+8-ci dəqiqədə Aleksey Sutorminin ötürməsindən fərqlənən Qustavo Mantua qoyub.
"Zenit" RPL mövsümündə ikinci qələbəsini qazandı və yeddi xalla turnir cədvəlində yeddinci pilləyə yüksəldi. Bu məğlubiyyətin ardıcıl dördüncü olduğu “Fakel” 16-cı cərgədə yerləşir.
Rusiya çempionatının növbəti turunda Sergey Semakın yetirmələri avqustun 20-də səfərdə Moskvanın “Spartak”ı ilə, həmin gün "Fakel" isə “Nijni Novqorod”u qəbul edəcək.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər