Bütün xəbərlər
Fransa əsgərləri Nigerdə 5 Milli Qvardiyaçını öldürüb
Tarix: 11-08-2023 23:59 | Bölmə: Karusel


Niger Milli Qvardiyasının komandanlığı fransız hərbçilərinin öz döyüşçülərinə hücumu barədə məlumat verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində azı 9 nəfər ölüb və yaralanıb.
Fransa hərbçilərinin avqustun 9-da Niger Milli Qvardiyasının əsgərlərinə hücumu barədə RİA Novosti yerli KİV-ə istinadən xəbər verir. İlkin məlumatlara görə, hücum nəticəsində beş Milli Qvardiyanın əsgəri həlak olub, dördü yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Bundan əvvəl Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar fransızları hava məkanını pozmaqda və “terrorçuları” azad etməkdə ittiham etmişdilər. Fransa bu ittihamları rədd edir.
Bu arada üsyançı liderlər müdafiə qüvvələrinin respublikada təhlükəsizlik tədbirlərini gücləndirəcəyini bəyan ediblər.
Cümə axşamı, avqustun 10-da Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) üzvlərinin fövqəladə sammiti keçirilib. Bundan sonra Kot-dİvuar prezidenti Alassan Uattara Nigerə hərbi müdaxilənin ən qısa zamanda başlamalı olduğunu bildirib.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər