Bütün xəbərlər
Dağıstanın iki kəndinin sakinləri boş ərazidə kütləvi dava salıblar
Tarix: 11-08-2023 23:58 | Bölmə: Karusel


Dağıstan polisi respublikanın Noqay rayonunun sakinləri arasında 100-ə yaxın insanın iştirak etdiyi münaqişənin səbəblərini öyrənir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin məlumatına görə, cümə günü saat 18:30 radələrində Şumelik və Batır-Murza kəndlərindən yüzə yaxın insan Noqay rayonundakı boş yerə toplaşıb. İki qonşu yaşayış məntəqəsinin nümayəndələri bir-birinə qarşı açıq-aşkar aqressiv niyyətlərini ifadə etdilər. Bəzilərinin əlində çubuq vardı.
Hadisə yerinə Noqay və qonşu rayonların polis əməkdaşları, eləcə də respublika Daxili İşlər Nazirliyinin rəhbərliyi və rayon rəhbərliyinin nümayəndələri gəlib. Hələlik münaqişənin təfərrüatları və nəticələri barədə məlumat verilmir. Hadisəyə səbəb kimi hüquq-mühafizə orqanları bəzi “qarşılıqlı iddialar” adlandırırlar. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər