Bütün xəbərlər
"Real Madrid" Premyer Liqada zədəli Kurtuaya əvəzləyici axtarır
Tarix: 10-08-2023 22:02 | Bölmə: Karusel


Madrid "Real"ının rəhbərliyi Tibo Kurtuanın ciddi zədələnməsindən sonra yeni əsas qapıçı axtarışlarına başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, klub iki əsas namizədi nəzərdən keçirir.
"Marca"nın məlumatına görə, Madridin qısa siyahısında "Mançester Yunayted"in keçmiş qapıçısı David de Xea və "Çelsi"nin qapıçısı Kepa Arrizabalaqa yer alıb. Onlardan birincisi azad agentdir, ikincisinin isə 2025-ci ilin yayına kimi “mavilər”lə müqaviləsi var.
“Real”ın ikinci qapıçısı ukraynalı futbolçu Andrey Lunindir.
Xatırladaq ki, Kurtua dizindən aldığı zədə səbəbindən sıradan çıxıb. Tibbi müayinədən sonra onun çarpaz bağının yırtıldığı məlum olub. İndi oyunçu əməliyyat olunacaq və sağalacaq, bunun 6-8 ay çəkəcəyi proqnozlaşdırılır.



Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər