Bütün xəbərlər
Ukraynanın keçmiş müdafiə naziri axtarışa verilib
Tarix: 09-08-2023 23:59 | Bölmə: Karusel


Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Müdafiə Nazirliyinin keçmiş rəhbəri Andrey Zaqorodnyuku axtarışa verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu cür məlumatlar axtarışda olan şəxslərin idarə məlumat bazasından əldə edilir.
Zaqorodnyukun kartında axtarış üçün aşağıdakı əsaslar var: o, Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib. Hansı maddə dəqiq izah edilməyib.
İyulda Rusiya İstintaq Komitəsi bildirib ki, Zaqorodnyuk və Ukrayna silahlı qüvvələrinin birgə əməliyyat qərargahının keçmiş rəhbəri İqor Tantsyuraya qiyabi ittiham irəli sürülüb.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər