Bütün xəbərlər
Donetskdə “Rossiya 24” telekanalının jurnalistləri atəşə tutulub
Tarix: 08-08-2023 22:41 | Bölmə: Karusel

Donetskdə işləyən "Rossiya 24" telekanalının çəkiliş qrupu Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir uşaq da daxil olmaqla mülki şəxslər də yaralanıb.
Jurnalist Andrey Rudenkonun sözlərinə görə, onun həmkarı Stanislav Bernvald əli qəlpələrlə deşilmiş qadına ilkin tibbi yardım göstərib. Bernvald ona turniket qoydu, həmkarları təcili yardım çağırdılar. Həkimlər tez gəlib zərərçəkmişi xəstəxanaya aparıblar.
“Ukraynalı yaraqlılar bu meydanda kütləvi şəkildə hücumlarını davam etdirirlər”, - deyə, hərbi komandir bildirib.
Bu arada blogger Artem Xobotov atası ilə birlikdə yaralı uşağı yanğından çıxarıb. Uşaq xəstəxanada müalicə olunur.
Ümumilikdə ukraynalı millətçilərin bu zərbəsi nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bundan əvvəl bildirilib ki, avqustun 8-də Ukrayna Silahlı Qüvvələri Donetskin yaşayış məntəqələrini xaotik atəşə tutub. Şəhərdə dörd partlayış baş verib. Ukrayna birləşmələri, digər şeylərlə yanaşı, qadağalı kaset sursatlarından da istifadə edirdilər.



Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər