Bütün xəbərlər
"Fransa" "Mərakeş"i məğlub edərək dünya çempionatının 1/4 finalına yüksəlib
Tarix: 08-08-2023 18:06 | Bölmə: Karusel

Adelaidada qadınlar arasında dünya çempionatının 1/8 final mərhələsinin "Fransa" və "Mərakeş" matçı başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Afrikalıları 4:0 hesabı ilə məğlub edən Avropa komandası pley-offun növbəti mərhələsinə yüksəlib.
Qaliblər sırasında qolları Kadiyatu Diani (15-ci dəqiqə), Kenza Dali (20) və Eugenie Le Somme (23 və 70) vurub.
1/4 finalda fransız futbolçular daha əvvəl danimarkalıları məğlub edən Avstraliya təmsilçiləri ilə oynayacaqlar.
Həmçinin Kolumbiya yığması Yamayka yığmasını 1:0 hesabı ilə məğlub edərək dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər