Bütün xəbərlər
"Abrams"ovların ilk partiyasının Ukraynaya çatdırılması təsdiqləndi
Tarix: 07-08-2023 23:37 | Bölmə: Karusel


"Abrams" tanklarının ilk partiyasının Ukraynaya çatdırılması ABŞ tərəfindən təsdiqlənib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Ordusunun tədarük departamentinin rəhbəri Duq Buş CNN telekanalına müsahibəsində dediyi kimi, əvvəlcə döyüş maşınları Avropaya gətiriləcək, yalnız bundan sonra döyüş sursatları və ehtiyat hissələri ilə birlikdə Kiyevə daşınacaq.
Bundan əvvəl jurnalistlər Amerika tanklarının tədarükünün 2023-cü ilin sentyabrında başlaya biləcəyini öyrənmişdilər. Birinci partiya 6-8 zirehli maşından ibarət olacaq. Ukrayna tankerləri üçün 10 həftəlik təlim kursu məhz avqust ayında başa çatır.
Həmçinin iyulun sonunda məlum olub ki, Polşa müdafiə şirkəti Amerikanın General Dynamics şirkəti ilə respublikada "Abrams" tanklarına xidmət mərkəzi yaratmaq üçün müqavilə bağlayıb.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər