Bütün xəbərlər
“Baltika” RPL-də ilk qələbəsini qazanıb
Tarix: 06-08-2023 23:03 | Bölmə: Karusel


Kalininqradda yerli “Baltika” və Voronej “Fakel”i arasında futbol üzrə Rusiya çempionatının üçüncü turunun oyunu başa çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.
Kalininqradlılar ilk hissənin səkkizinci dəqiqəsində Vasili Çerovun avtoqolu sayəsində hesabda önə keçib. Qonaqlar 14-cü dəqiqədə geri qayıdıblar. Hesabı Vyaçeslav Yakimov bərabərləşdirib. Fasilədən sonra tamaşaçılar daha bir qol gördülər. Onun müəllifi “Baltika”nın hücumçusu Tamerlan Musayevdir (48-ci).
Kalininqradlı futbolçular Rusiya Premyer Liqasında ilk qələbələrini 2002-ci ildən əldə ediblər. Sergey İqnaşeviçin komandası üç xal toplayaraq RPL turnir cədvəlində onuncu pilləyə yüksəlib. “Fakel” 16-cı yerdə qalıb. Voronej klubu ardıcıl üçüncü məğlubiyyətini alıb.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər